"ASAN xidmət və "ASAN Kommunal mərkəzlərində 4 gün qeyri-iş günü olacaq. 

Xidmətdən unikal.org-a verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı ilə əlaqədar 31 dekabr - 3 yanvar tarixlərində "ASAN xidmət və "ASAN Kommunal mərkəzlərində qeyri-iş günü olacaq. 

4 yanvardan isə vətəndaşlar "ASAN xidmət və "ASAN Kommunal mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.