Xərçəng xəstəliyinin yaranma hallarından 40 faizindən çoxu zərərli vərdişlərlə və həyat tərzi ilə əlaqədardır.
Unikal.org xəbər verir ki, Amerika Onkologiya Cəmiyyətinin bir qrup mütəxəssisi bu qənaətə gəlib.
Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, siqaret çəkmək xərçəng üçün ən böyük riskdir. Onkoloji halların yaranmasının 19 faizi və ölüm hallarının 29 faizi bu vərdişin payına düşür.
Xərçəngin yaranma riskinin 7 faizi, ölüm hallarının 6 faizi isə artıq çəkidəndir.
Bunlardan başqa, spirtli içkilər, ultrabənövşəyi şüaların təsiri və aşağı fiziki fəallıq da bu xəstəliyin riskini artırır.