Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Süleyman Xasay oğlu Quliyev idarə etdiyi traktorla yolu keçən piyada, Kürdəmir rayonun Karrar kənd sakini, 1982-ci il təvəllüdlü Yusif Oqtay oğlu Rüstəmovu vuraraq öldürüb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.