Qoç - maraqlı hadisələr, gözləntilər və faydalı informasiyalar bol olacaq. Diqqətli olun, ətrafınızdakı insanlara göz qoyun, hadisələri müşahilə edin. Başqalarının görə bilmədiklərini görün, duya bilmədiklərini duyun. Belə olarsa, böyük üstünlük əldə edərsiniz. Yaxın ətrafınızdakı insanlara yardım edin, köməyinizi əsirgəməyin. Çətin vəziyyətə düşmüş insanın minnətdarlığı gecikməyəcək.
Buğa - bu gün uğurlu alış-veriş, sərfəli müqavilələr və anlaşmaların əldə edilməsi istisna deyil. Gəlirləriniz arta bilər. Maliyyə durumunuzu yaxşılaşdıra biləcək yeni təkliflər ala bilərsiniz. Sevdiyiniz insanın uğurlarına sevinin. Bu gün ailə üzvləriniz və yaxın qohumlarınızla fəxr edə bilərsiniz.
Əkizlər - yaxın və uzaq qohumlardan biri ilə çoxdankı münaqişəni yoluna qoyaraq çözmək üçün əlverişli gündür. Güzəştli həllə nail olaraq kompromisi gerçəkləşdirməklə köhnə problemi həll etmək olar. Yalnız əmlakla bağlı məsələlərdən savayı. Bu gün həmin məsələlər çözülməyəcək.
Xərçəng - yaxın ətrafınızdakı insanlara bu gün yaxşı münasibət bəsləyin. Hər şey qarşılıqlı olacaq. Köhnə umu-küsünü unutmağa çalışın, səhvən öz bədxahınız hesab etdiyiniz insanla münasibətləri normaya salın. Yaxın insanlarınızın sayəsində istənilən işin öhdəsindən gələ biləcəksiniz.
Şir - sakitlik və təmkini qorumaq çox mühümdür. Yalnız belə olan təqdirdə çətin günü özünüz üçün əlverişli zamana döndərə bilərsiniz. Çətinliklər və problemlərə emosional səbatınızı qarşı qoyun. Ən çətin, əlverişsiz şəraitdə belə, nikbinliyinizi qoruyun. Yaxın adamlarınızın, dəyər verdiyiniz insanların problemlərini həll etmək üçün çox güc sərf etməyin.
Qız - bu gün həyat potensialınız yüksək olacaq. Enerji qıtlığı və çatışmazlığından şikayətlənməyəcəksiniz. Yeni işlərə başlamaq olar. Hətta ən çətin işlərin belə, təməlini qoya bilərsiniz. İşlərin öhdəsindən asanlıqla gələcək, qarşınıza qoyduğunuz məqsədlərə çatacaqsınız.
Tərəzi - sizə könüllü yardım etmək istəyən insanlar olacaq və onlarla xoş münasibətlər yaradacaqsınız. Sonradan maliyyə durumunuzu yaxşılaşdıra biləcək yeni ideyalarınız yarana bilər. Əks cinsin mənsubları ilə ünsiyyət üçün əlverişli gündür.
ADVERTISING
new.integral.az
Learn More
Native Video by Adributor
Əqrəb - Bu gün davranışınız yaxın ətrafınıza qəribə təsir bağışlaya bilər. Onlar hətta bəzi hərəkətlərinizi aqressiv hesab edərək sizi tənqid etmək fikrinə düşə bilərlər. Yeni müttəfiqlər və həmfikirlər tapa bilərsiniz. Fəqət onlar sizi dəstəkləməyəcək və təkliflərinizi də yerinə yetirmək istəməyəcəklər.
Oxatan - Dostlarla görüş müsbət emosiyalar mənbəyi olmaqla yanaşı, qəm və qüssədən qurtulmağa imkan verə bilər. Aktiv istirahəti seçin, bir qədər idmanla məşğul olun. Dəvət aldığınız tədbirlərdən imtina etməyin.
Oğlaq - zərərli vərdişlərdən imtina etmək və faydalı vərdişlər əxz etmək üçün əla gündür. Həyatınızın axarını köklü şəkildə dəyişmək imkanınız var. Gözlənilməz təkliflər ala bilərsiniz.
Qəti fikrinizi bildirməyə və yekun qərar verməyə tələsməyin. Kimsəyə imkan verməyin ki, sizi tələsdirsin.
Dolça - günün əksər hissəsi başqalarına bildirmək istəmədiyiniz işlərə sərf olunacaq. Sirləriniz faş olmaya bilər, lakin siz özünüz hərəkətləriniz və sözlərinizlə bəzi gizlinləri açacaqsınız. Xoşagəlməz insanlarla görüşlər, sizə qarşı aqressiv mövqe tutmuş insanlar tərəfdən provokasiyalar mümkündür.
Balıqlar - bu gün sizin üçün mümkünsüz iş yoxdur. Məqsədinizə çatmaq üçün dağ oynatmaq lazım gəlsə belə, buna can atacaqsınız. Hədsiz enerjiniz, çalışmaq eşqiniz, zəhmət çəkmək istəyiniz sizi dostların və yaxınların nəzərlərində daha da ucaldacaq. Bacarıq və biliklərinizi tam miqyasda aşkarlamağa imkan verəcək yeni işin başlanması istisna deyil.
Bahalı hədiyyə verə bilərsiniz.