Tovuz Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən pirotexniki malların qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, İdarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn iki Azərbaycan vətəndaşının idarə etdikləri avtomobillərə gömrük baxışı keçirilib. Baxış zamanı, avtomobillərdən birinin salonunun örtüyündə 900 ədəd, digərinin oturacaqlarında və qapısında 309 qutu pirotexniki vasitə aşkar olunub.

"Sınıq Körpü" gömrük postunda Gürcüstandan piyada gələn Azərbaycan vətəndaşının üzərində gömrük nəzarəti zamanı isə 32 qutu pirotexniki vasitə aşkarlanıb.