Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühaÂfizəsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində narÂkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan mütəşşəkil cinaÂyətÂkar dəstə zərərsizləşdirilib.
DSX-nin Mətbuat Mərkəzindən unikal.org-a verilən məlumata görə, 25 dekabr 2017-ci il tarixdə saat 23:00 radələrində Cəlilabad rayon Edişə kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilmiş sərhəd mühafizə və əməliyyat-axtarış tədÂbirÂləri nəÂtiÂcəsində taÂmah məqsədilə İran vətəndaşları ilə əlbir olmuş cinayətkar dəstə tərəfindən külli miqdarda ağır tərkibli narkotik vasitələrin İrandan AzərbayÂcana qanunÂsuz yolla keçirilməÂsinin qarşısı alınıb.
Əməliyyat zamanı 1991-ci il təvəllüdlü Cəlilabad rayon sakini Alışov Aqil Həsən oğlu 1 kiloqram həşiş, 7 kiloqram 445 qram tiryək və 5 kiloqram 345 qram heroinlə saxlanılıb.
Cinayətkar dəstənin digər üzvləri sərhədçilərin qanuni tələblərini icra etmədən havanın qaranlıq və relyefin mürrəkəb olmasından istiÂfadə edərək hadisə yerindən qaçmağa müvəffəq olublar.
Həmin şəxslərin yaxalanÂması və istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.