Neftçala sakini intihara cəhd edib. 

Unikal.org report-a istinadən xəbər verir ki, əslən Quba rayonundan olan və Neftçalanın Həsənəbad qəsəbəsində yaşayan, 42 yaşlı Elşən Gülbaba oğlu Orucov özünü yandıraraq intihara cəhd edib.

Yaxındakı adamlar tərəfindən alov söndürələrək yaralı Neftçala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra xəstənin vəziyyəti ağır olduğundan o, paytaxt Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.