İsmayıllıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 92-ci kilometliyində qeydə alınıb.

Gecə saatlarında yolun sərt döngəsində idarəetmədən çıxan "Niva markalı maşın yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan 1989-cu il təvəllüdlü polis əməkdaşı Səfərli Ayxan Valeh oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Ayxan Səfərli Şəki rayon Polis şöbəsində əməliyyatçı vəzifəsində xidmət edir.

Faktla bağlı araşdırma aparılır.