"Realın futbolçusu Kriştiano Ronaldo növbəti dəfə mükafatlandırılıb.  

Unikal.org xəbər verir ki, Ronaldo Avropanın ən yaxşı idmançısı adına layiq görülüb. Sorğunu Polşanın RAR informasiya agentliyi keçirib.

Sorğuda Avropanın 27 informasiya agentliyi iştirak edib. Portuqaliyalı futbolçu 159 xal toplayıb. O, "Formula 1 pilotu Luis Hemiltonu geridə qoyub.

Üçüncü yeri isə isveçrəli tennisçi Roje Federer tutub. Ronaldo ötən il də Avropanın ən yaxşı idmançısı seçilmişdi.