Goranboy rayonunda 83 yaşlı kişini maşın vuraraq öldürüb.

Unikal.org apa-ya istinadən məlumatına görə, hadisə rayonun Dəliməmmədli qəsəbəsi ərazisində qeydə alınıb. Bərdə rayon sakini Roman Qarayev idarə etdiyi VAZ-2107 markalı maşınla yolu keçən 83 yaşlı Mahmud Dəmirovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.