Aralıq dənizində azərbaycanlı milyarderə məxsus gəmi 5 Tunis vətəndaşını boğulmaqdan xilas edib.
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, "Şirvan" gəmisi Aralıq dənizində olarkən xəbərdaredici siqnal alıb. Dərhal hadisə yerinə gedən gəmi qayıqda boğulma təhlükəsi ilə üzləşən tunisliləri xilas edib.
Gəmi kapitanı daha sonra Siciliya Sahil Təhlükəsizliyi Xidməti ilə əlaqə saxlayaraq, olayla bağlı məlumat verib və təlimata uyğun olaraq, xilas edilənləri İtaliya limanına çatdırıb.
Qeyd edək ki, "Şirvan" gəmisi azərbaycanlı milyarder Mübariz Mənsimovun rəhbəri olduğu "Palmali" şirkətlər qrupuna aiddir.