Qaxda 9-cu sinif şagirdi dəm qazından zəhərlənib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu gün axşam saat 19 radələrində rayonun Qaxbaş kənd sakini, 2003-cü il təvəllüdlü Nərmin Pərviz qızı Hüseynova zəhərlənmə əlamətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan verilən məlumata görə, müayinə zamanı 9-cü sinif şagirdi olan Nərmin Hüseynovanın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənməsi məlum olub. Müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılan Nərmin Hüseynovanın vəziyyətinin stabilləşməyə doğru getdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.