Dekabrın 29-da Şəki rayonunun yaylaq ərazisində baş verən yanğın küləkli hava şəraiti ilə əlaqədar Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kiş meşəbəyliyinin 3 saylı dolayına keçib. Yanğın dünən Fövqəladə Hallar Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ciddi səyləri nəticəsində söndürülüb. 

Unikal.org-un xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova "Reporta bildirib ki, naməlum səbəbdən baş verən yanğın 1,2 hektar ərazini əhatə edib, nəticədə quru ot örtüyü və xəzəl yanıb. Ağaclara ziyan dəyməyib. Hazırda yanğının baş vermə səbəbləri araşıdırılır.