Bakıda əmlakı qəsdən məhv etmə hadisəsi qeydə alınıb.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, Badamdar qəsəbəsi Ə.Nəzərov küçəsində yaşayan 1994-cü il təvəllüdlü Bağırzadə Həbibə Fərid qızı polisə müraciət edərək bildirib ki, gecə saatlarında ona məxsus olan "Great Vall markalı, 99 AM 424 dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı binanın qarşısında saxlayıb. Bir gün sonra maşına yaxınlaşan gənc qadın avtomobilin sağ ön qanadının və kənarlarının naməlum şəxs tərəfindən cızıldığını görüb.
H.Bağırzadə avtomobili cızan şəxsin yaxalanmasını və maddi ziyanın ödətdirilməsini xahiş edib.