Bu gün günorta saatlarında Neftçala rayonunun Aşağı Surra kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un virtualaz.org-a istinadən məlumatına görə, kənd sakini, 26 yaşlı Xəyal Ağahüseyn oğlu Sirusun idarə etdiyi "Priora markalı avtomaşın yaşadıqları kəndə dönmək istəyərkən qarşıdan gələn "Mercedes markalı avtomaşınla toqquşub. Hadisə nəticəsində xəsarət alan sürücü və 21 yaşlı həyat yoldaşı Nuranə Vahid qızı Kərimova Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin ciddi səyinə baxmayaraq, sürücü Xəyal Sirusun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, qəzaya uğrayan cütlük 5 ay əvvəl ailə qürubmuş.

Faktla bağlı araşdırmalara başlanılıb.