Sumqayıtda dəm qazından zəhərlənmə halı qeydə alınıb.

Unikal.org-un məlumatına görə, şəhər sakini Sənan Salmanovun yaşadığı evin hamamında dəm qazından zəhərləndiyi bildirilir. Onu , huşsuz vəziyyətdə yaxınları aşkar edərək dərhal xəstəxanaya çatdırıblar.

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, Sənan Salmanov gətirilərkən vəziyyəti ağır olub. Lakin həkimlərin tez və vaxtında müdaxiləsi nəticəsində o sağ qalıb.

Hazırda isə vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.