Gədəbəydə yanğın hadisəsi qeydə alınıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gədəbəy rayonu, Böyük Qaramurad kəndində ümumi sahəsi 200 m2 olan 7 otaqlı evin çardağı 100 m2 və 2-ci mərtəbədə 1 otağın tavanı 40 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.