Şamaxı sakini traktordan yıxılaraq xəsarət alıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Məlikçobanı kəndində qeydə alınıb.

Kənd sakini 1947-ci il təvəllüdlü Eynulla Qanbay oğlu Allahyarov özünə məxsus traktorun yük yerində olarkən yıxılıb. O, yaxınları tərəfindən Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilib.

Yaralının vəziyyəti kafidir.