Bərdə rayonunda döyülmə hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, rayon sakini, 1987-ci il təvəllüdlü Şahbazov Sənan Əli oğlu həmyerlisi tərəfindən döyülüb.

Ağır bədən xəsarətləri alan yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.