Şəmkir rayonunda təcili tibbi yardım məntəqəsində tibbi yardım göstərilən sərxoş kişi işçilərə çətin anlar yaşadıb.
Unikl.org report-a istinadən xəbər verir ki, rayon sakini sərxoş vəziyyətdə dostları tərəfindən Şəmkir rayon Təcili Tibbi Yardım Məntəqəsinə aparılıb.
Normadan artıq spirtli içki qəbul edən şəxsə tibb işçiləri tərəfindən yardım göstərilib. Bir qədər sonra o, içkinin təsirindən işçilərlə mübahisə edib, eyni zamanda məntəqənin bir neçə pənçərəsinin şüşələrini sındırıb.
Tibb işçiləri və dostları onu sakitləşdirmək istəsələr də, buna nail ola bilməyiblər. Sərxoş kişi daha sonra yaxınları tərəfindən oradan uzaqlaşdırılıb.