Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yolu keçən piyadanı avtobus vuraraq öldürüb.
Unikal.org-un "Report"a istinadən məluamata görə, yanvarın 1-də saat 20 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Astara rayon sakini Əhəd Abbasov idarə etdiyi "Mercedes markalı avtobusla yolu keçən 40-45 yaşlı kişini vurub.
Nəticədə həmin şəxs hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.