Nərimanov rayonunda hoteldə xarici vətəndaş dünyasını dəyişib.
Unikal.org ölkə.az-a istinadən bildirir ki, hadisə yanvarın 8-də "Ariva" hoteldə qeydə alınıb.
Küveyt Respublikasının vətəndaşı 1962-ci il təvəllüdlü Mester Omar Alshela ürək tutmasından dünyasını dəyişib. İlkin məlumatlara görə, Azərbaycana dincəlməyə gələn ərəbin yanında 3 nəfər qız da olub. Onlar Küveyt vətəndaşının dünyasını dəyişdiyini görərək hoteldən qaçıblar. Hazırda onların saxlanılaraq izahatının alınması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Meyit mayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə aparılıb. İlkin müayinələr zamanı məlum olub ki, Küveyt vətəndaşı dünyasını dəyişməmişdən öncə cinsi istəyi artıran həblər qəbul edib. Meyit müayinə olunduqdan sonra vətəninə göndərilmək üçün Küveyt səfirliyinin Azərbaycandakı nümayəndələrinə təhvil verilib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda cinayət işi balanıb.
Həmçinin hoteldən bildirdilər ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə baş verən otaqdakı boş şüşələri müayinə etmək üçün aparıblar.