Salyanda balıq tutan şəxsi elektrik cərəyanı vurub öldürüb. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, Lənkəran sakini 1980-ci il təvəllüdlü Azər Məlikəjdər oğlu Əkbərov Salyan rayonu Şorsulu kəndində kanaldan balıq tutarkən elektrik cərəyanı onu vurub öldürüb.

Faktla bağlı araşdırma aparılır.