Dövlət Gömrük Komitəsinin (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Bu barədə unikal.org-a DGK-dan məlumat verilib.
Məlumatda deyilir ki, zərurət yarandığından vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib və nəticədə, onun düz bağırsağında narkotik vasitələr - bir ədəd bükümdə xalis çəkisi 9,134 qram olan heroin, digər bükümdə isə xalis çəkisi 4,434 qram olan tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.