Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Ələt -Astara magistral yolunun 200-cü kilometrliyində rayonun Digah kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Howo Sinotruck-336" markalı, 99 JG 435 dövlət qeydiyyat nömrə nişanlı yük maşını qarşı tərəfdən gələn Mersedes markalı, 10 RN 812 dövlət qeydiyyat nömrə nişanlı maşınla toqquşub.
Qəza nəticəsində hərəkət istiqamətini dəyişən yük maşınının sürücüsü yolun kənarında dayanan insanlara ziyan verməmək üçün nəqliyyat vasitəsini yoldan çıxarıb. Nəticədə beton maneəyə çırpılaraq, su kollektoruna aşıb.
Faktla bağlı araşdırma aparılır.