Azərbaycanda qardaşının evinə qonaq gedib özünü asan 1970-ci il təvəllüdlü Arif Alıyevlə bağlı bəzi məlumatlar ortaya çıxıb.
Unikal.org sonxeber.az-a istinadən xəbər verir ki, Alıyev Arif bir-iki ay əvvəl həyat yoldaşından boşanıb. İşləmirdi. 3 uşağı var. Oğlu 9-cu sinifdə təhsil alır. Həyat yoldaşı da Goranboy rayonu Səməd Vurğun küçəsində yaşayır. Boşandıqdan sonra uşaqları ilə birgə atası evinə gedib. Alıyev Arif anası ilə birgə yaşayırdı. Atası bir neçə il əvvəl rəhmətə gedib. Qardaşı ailəlidir.
Qeyd edək ki, Goranboy rayonunun Səməd Vurğun küçəsində 1970-ci il təvəllüdlü Alıyev Arif İmanqulu oğlu rayonun Səməd Vurğun küçəsində yaşayan qardaşının evinə qonaq gəlib. O, həmin evin həyətindəki damda özünü asaraq intihar edib.
Faktla bağlı maddəsilə cinayət işi başlanıb.
10:30
Goranboy rayonunda intihar hadisəsi qeydə alınıb.
Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Səməd Vurğun küçəsində baş verib. Rayon sakini, 1970-ci il təvəllüdlü Alıyev Arif İmanqulu oğlu rayonun Səməd Vurğun küçəsində yaşayan qardaşının evinə qonaq gəlib. O, həmin evin həyətindəki damda özünü asaraq intihar edib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.