Gəncədə sağlamlığında problem olan yeni doğulmuş körpə ölüb.
Unikal.org APA-ya istinadən xəbər verir ki, Gədəbəy rayon sakini, 1986-cı il təvəllüdlü İsmayılova Rahilə Hətəm qızı 5 gün əvvəl Gəncədə yerləşən Regional Pernotal Mərkəzdə uşaq dünyaya gətirib.
Müayinə zamanı uşaqda mədə bağırsaq sisteminin trafil qanaxması aşkar olunub. Tibbi yardıma baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb. O, 5 gün sonra xəstəxanada ölüb.
Məlumata görə, bu R. İsmayılovanın dünyaya gətirdiyi 3-cü övladı olub.