2 gün əvvəl Bakının Nəsimi rayonu ərazisində baş verən və piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, 3-cü Mikrorayon dairəsi yaxınlığında Tərlan Rəhimovun "Mercedes" markalı, 12 BC 423 dövlət nömrə nişanlı avtomobillə vurub öldürdüyü 1968-ci il təvəllüdlü Məmmədov Elçin Fəqan oğlunun Azərbaycan Dövlət İqtisad Universitetinin Dizayn kafedrasının müdiri Lalə Məmmədovanın həyat yoldaşı olması üzə çıxıb.
Həmin gün axşam saatlarında hava almaq üçün küçəyə çıxan Elçin Məmmədov Ceyhun Səlimov küçəsini keçərkən bədbəxt hadisə ilə üzləşib. Hadisə şahidləri onu 1 saylı şəhər klinik xəstəxanasına çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar aparılır.