Ağdaş rayonunda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Pirəzə kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağdaş sakini Şahin Dünyamin oğlu Ağalarovun idarə etdiyi " VAZ - 21015 markalı avtomobil rayonun Kotavan kənd sakni Samir Seyidağa oğlu Zakirovun idarə etdiyi "Belarus markalı qoşqulu traktorla toqquşub.

Hadisə nəticəsində hər iki sürücü yüngül xəsarət alıb. "VAZ -21015 markalı avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.