Qar uçqunu nəticəsində iki nəfər dünyasını dəyişib. Hadisə Rusiyanın Xakasiya Respublikasının Orconikidze rayonunda baş verib. 

Unikal.org xəbər verir ki, bu barədə məlumatı bazar günü Fövqəladə Hallar Nazirliyinin Xakasiya üzrə regional idarəsi yayıb.
Xilasedicilərin bildirdiyinə görə, iki nəfərin meyidi qarın altından çıxarıblar.

Qeyd edək ki, qar uçqunu ötən gün baş verib və hadisə yerinə yalnız qar kvadrasiklı ilə getmək mümkün olub.