"Barselonanın hücumçusu Osman Dembele yenidən zədələnib.

Unikal.org xəbər verir ki, 20 yaşlı futbolçu İspaniya La Liqasının 19-cu turu çərçivəsində keçirilmiş "Real Sosyedadla səfər oyununda (4:2) zədələnib. "Marka nəşrinin yaydığı məlumata görə, baldırından zədə alan fransalı futbolçu ən azı 3-4 həftə yaşıl meydandan uzaq durmalı olacaq.

Xatırladaq ki, yayda 105 milyon avro qarşılığında Dortmund "Borussiyasından "Barsaya keçən futbolçu, ötən ilin sentyabrında, La Liqanın "Xetafe ilə səfər oyununda (2:1) zədələnmişdi. Bundan sonra uzun müddət kənarda qalan Dembele, yalnız bu il, "Selta ilə kubok oyununda yaşıl meydanlara qayıtmışdı.