Tərtər rayonunda yaşayış evi uçub.
Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə rayonun Əskipara kəndində qeydə alınıb.
Belə ki, bu gün səhər saatlarındakənd sakini, 1980-ci il təvəllüdlü Anar Əkbər oğlu Abdullayevə məxsus evin bir otağının divarları uçub. Evin bütün əşyaları uçqun altında qalsa da, ailə üzvlərindən xəsarət alan olmayıb.
Ev sahibinin bildirdiyinə görə, ev ötən ilin noyabr ayında baş verən zəlzələ zamanı qəzalı vəziyyətə düşüb. Lakin 6 nəfərlikailənin başqa sığınacağı olmadığından bu evdə yaşamağa məcbur olub.
Hadisə ilə bağlı müvafiq qurumlaraməlumat verilib.