Naxçıvanda 2017-ci il ərzində 13 yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası (MR)Daxili İşlər Nazirliyi Kollegiyası iclasında Naxçıvan Muxtar Respublikası daxili işlər naziri Fazil Ələkbərov bildirib.

Qəzalar nəticəsində 12 nəfər ölüb, 7 nəfər isə yaralanıb. 2016-cı illə müqayisədə qəzaların sayı 7 fakt, ölənlərin sayı isə 8 nəfər azalıb.