"Barələrində cinayət işi başladılan 44 nəfər axtarışdadır.
Unikal.org xəbər verir ki, bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülən işlərlə bağlı kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib.
K.Əliyev bildirib ki, bunların 34-ü xarici ölkədədir, 10 nəfər isə ölkə daxilindədir.