Şamaxı yolunda avtomobil aşıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə bu gün Muğanlı-İsmayıllı yolunda qeydə alınıb. Yolun buz bağlaması nəticəsində hərəkətdə olan "Hyundai markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində ölən və xəsarət alan olmayıb.

Şahidlərin dediyinə görə, havaların qarlı və şaxtalı keçməsi ilə əlaqədar son günlər həmin yolda hərəkət olduqca təhlükəlidir. Yolun hərəkət hissəsinin buzlaşması səbəbindən magistralda bir neçə belə qəza hadisəsi qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən hava şəraiti ilə əlaqədar sözügedən ərazidə nəqliyyatın hərəkətində problemlərin olduğunu təsdiqləyiblər. Lakin magistral yolda nəqliyyatın hərəkətinə hər hansı məhdudiyyət qoyulmayıb.