Şəmkirdə güllələnmə hadisəsini törədən şəxsin kimliyi məlum olub.
Unikal.org Trend-ə istinadən bildirir ki, hadisəni törədən şəxs məcburi köçkün, 1991-ci il təvəllüdlü Ramin Kərimovdur. Hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
Xatırladaq ki, hadisə bu gün Şəmkir rayonunda mərkəzi bazarın yaxınlığında baş verib. 1992-ci il təvəllüdlü Mediyev Mircəlal Əziz oğlu münaqişə zəminində tanışı tərəfindən odlu silahla güllələnib. Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb.
14:35
Şəmkir rayonunda məcburi köçkün güllələnib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun "Təzə Məhəllə" yaşayış massivində baş verib.
Belə ki, Kəlbəcər rayonundan olan məcburi köçkün, 1992-ci il təvəllüdlü Mircalal Əziz oğlu Mehdiyev şəxsi münaqişə zəmnində hələlik adı məlum omayan şəxs tərəfindən ov tüfəngi ilə vurulub. M.Mehdiyev bud nayihəsindən iki güllə yarası alıb. Yaralı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə töprədən şəxs qaçıb.
Faktla bağlı araşdırmalara başlanılıb.