Xəbər verdiyimiz kimi, əməkdar artistlər Rafel İsgəndərov və Coşqun İsgəndərov əməliyyat olunub.
Unikal.org xəbər verir ki, "Bu şəhərdənin prodüsseri, ssenarist Müşfiq Abbasov sosial şəbəkə vasitəsi ilə aktyorların şəkilini paylaşıb və onların səhhətindəki son durumla bağlı məlumat verib:
"Allaha şükür hər şey yaxşıdır. Qeyd edim ki, Rafael əməliyyat yox, sadəcə endoskopik müayinə olunub (loru dildə mədəsini zond ediblər). Ciddi bir problem yoxdur.
Coşqun isə burnunun çəpər əyriliyinin düzəlməsi üçün əməliyyat olunarkən müəyyən edilib ki, burnunda polip və kista var. Ona görə də əməliyyat 7 saat uzanıb. Nəticədə hər şey təmizlənib və düzəlib.
Diqqətə və dualarınıza görə hər birinizə təşəkkür edirik, hər şey əladır. İnşallah Rafael də, Coşqun da sabahdan mart konsertlərimizin məşqlərinə qoşulacaqlar.