Sumqayıtda dəm qazından zəhərlənmə olub.
Unikal.org-un məlumatına görə, hadisə şəhərin Xəzər bağları yaşayış massivində baş verib.
Belə ki, 52 yaşlı şəhər sakini Seymur Tağıyev yaşadığı Xətai küçəsi, mənzil 19-da hamamda çimərkən dəm qazından zəhərlənib. O ağır vəziyyətdə yaxınları tərəfindən Sumqayıt şəhər TTYX-a çatdırılıb. Həkimlərin tez və vaxtında müdaxiləsi nəticəsində 52 yaşlı kişi sağ qalıb.
Faktla bağlı araşdırma aparılır.