Bir neçə gün öncə əməliyyat olunan Müsavat partiyasının eks-başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər xəstəxanadan evə buraxılıb.

Unikal.org xəbər verir ki, o, sosial şəbəkədə foto paylaşaraq Firdövsi İbrahimov başda olmaqla Mərkəzi Klinikanın həkim heyətinə təşəkkürünü bildirib.

Həmişə yumoru ilə fərqlənən İsa Qəmbər daha sonra "Aida xanım bu gözəl xanımlarla foto çəkdirməyimə icazə verdi" - deyə qeyd edib.