Bu gün axşam Şəki şəhərinin Ə. Qarayev küçəsi, ev 8 ünvanında yaşayan 1940-cı il təvəllüdlü Abidə Hüseynçələbi qızı Səmədova zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
Unikal.org xəbər verir ki, MRX-dan APA-ya bildirilib ki, son zamanlar əsəb xəstəliyindən əziyət çəkən 78 yaşlı Abidə Səmədova intihar məqsədilə dərman qəbul edib. Onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.