Son günlər Sumqayıt şəhər Sülh küçəsində görüntülənərək sosial şəbəkələrdə paylaşılan video böyük müzakirələrə səbəb olub.

Unikal.org Xeberle.com-a istinadən xəbər verir ki, görüntüdə balaca qızın pul qazanmaq məqsədilə "maska" satması sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Sakinlərdən biri ondan bu"maska"ları nə üçün satdığını və pulunu nə edəcəyini soruşduqda isə, qızcığazın cavabı "nənəmə verəcəyəm, yemək alsın" şəklində olub.