İran və İraq arasında strateji cəhətdən vacib olan Fars körfəzi və Şəttül-Ərəb çayı üzərində üstünlüyü ələ keçirmək uğrunda 1980-1988-ci illəri əhatə edən Körfəz müharibəsi nəticəsində sıradan çıxmış tanklar.
Unikal.org haberturk-ə istinadən xəbər verir ki, hazırda bu Səddam Hüseynin Küveyti işğal etdiyi zaman  Küveyt çölündə sıradan çıxmış tanklardırır. Buraya Səddamdan qalma tank məzarlığı da deyirlər. Tanklar 50 dərəcə istinin altında olan çöllükdə saxlanılır. Artıq turistlər də buranı gəlib görürlər. Amma havalar çox isti olduğundan, bu qəbiristanlığı 20 dəqqə ziyarət edə bilirlər. 
Xatırladaq ki, müharibə hər iki tərəf üçün uğursuz olmuş, çoxlu sayda insan və maddi itkilərlə nəticələnmişdir. Müharibə 22 sentyabr 1980-ci ildə İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlamışdır. 
Müharibənin başlanmasına səbəb olan əsas amilləri aşağıdakı kimi qruplaşdırmaq olar:
Ərəb-fars etnik konflikti;
Ərazi mübahisəsi - İraqın İrana qarşı ərazi iddiaları (Xuzistan əyalətini ələ keçirmək planları, Şəttül-Ərəb çayının bölünməsi problemi, İraqın Küveyti öz əyalətinə çevirmək istəyinə qarşı İranın etirazları);
Siyasi görüşlərdə müxtəliflik;
Sünni-şiə qarşıdurması;
Dünya bazarında neft ixracı uğrunda rəqabət;
İki dövlət rəhbərlərinin şəxsi ambisiyaları.