Bakı Metropolitenində tuneldə qalan qatar çıxarılıb və depoya göndərilib. 

Unikal.org xəbər verir ki, hadisə nəticəsində qatarların hərəkətində təxminən 15 dəqiqə interval yaranıb. Metroda qatarların hərəkəti bərpa edilib.

xxx

Bakı Metropolitenində qatarların hərəkətində fasilə yaranıb. 
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Unikal.org-a verdiyi xəbərə görə, fasiləyə səbəb Həzi Aslanov-Dərnəgül istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın qapılarında yaranmış nasazlıq olub.

Məlumata görə, qatarın sərnişinləri "28 May stansiyasında boşaldılıb, qatar isə Nizami stansiyasından geri depoya göndərilib.

"Təəssüf ki, boş qatar indi də 28 May-Gənclik stansiyaları arasında qalıb. Hazırda başqa qatarın köməkliyi ilə onu xətdən çıxarılması istiqamətində iş görülür, - deyə N.Paşayev bildirib.