Tovuz sakini oğurluğa getdiyi evdə yanıq xəsarətləri alıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Yuxarı Öysüzlü kənd sakini, 1990-ci il təvəllüdlü Mehralıyev Emil Rafiq oğlu üz nahiyəsinin yanıq xəsaərtləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.
Məlumata görə, E. Mehralıyev axşam saatlarında icazəsiz başqa bir evə daxil olan zaman ev sahibi onun üzərinə qaynar su töküb. Faktla bağlı araşdırma aparılır.