Azərbaycana məxsus İsrailin pilotsuz uçuş aparatları (PUA və ya dronlar) Ermənistanla "dörd günlük müharibə" zamanı çox mühüm rol oynadı. Onlar kəşfiyyatı təmin etməklə yanaşı, artilleriyanı hədəfə almağa yardım edib, bəzi vaxtlarda elə özləri də qorxulu silah kimi istifadə olunublar.
Bununla yanaşı, dronlar təkcə hərbi sahədə deyil, həm də mühafizə üçün qarşıya qoyulan məqsədlərə nail olmağa imkan verir. 
Məsələn, tezliklə Azərbaycanda PUA-nın köməyi ilə insanların şəxsi həyatına müdaxilə qanunla tənzimlənəcək. Hətta, bunu Milli Məclisdə cinayət məcəlləsinin 156-cı maddəsinə (şəxsi həyatın toxunulmazlığının pozulması) əlavə etmək niyyətindədirlər. 
Deyilənlərə görə, yeni bənd özündə aşağıdakını ehtiva edir:
Bir insanın şəxsi və ya ailəsi haqqında informasiyaların fotoşəkil, yazı, sənəd şəklində satan, yayan və ya qanunsuz toplayanı 2 ilədək həbs gözləyir. 
Dronun müsbət xüsusiyyətləri olduğu kimi, mənfi xüsusiyyətləri də var. Bəs, bunlar hansılardır?. Bu suala haqqin.az saytına müsahibə verən təhlükəsizlik üzrə ekspert, hüquq elmləri doktoru, professor Kamil Səlimov aydınlıq gətirib. O, qeyd edib ki, ümumilikdə dronların müxtəlif sahələrdə istifadəsi mümkündür.