Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat zamanı Zaqatalada tutulan şəxslərin adları məlum olub.
 
Unikal.org xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, saxlanılan şəxslər rayon sakinləri - Vaqif Padarov, İslam Ağalarov, Vüqar və Əbdürrəhman adlı şəxslərdir.
 
Polis onların yaşadıqları evdə axtarış aparıb, bir neçəsinin evindən silah-sursat götürülüb.
 
Saxlanılan şəxslərin vəhhabi təriqətinin üzvü olduğu ehtimal olunur.
 
 
Daxili İşlər Nazirliyi Zaqatalada xüsusi əməliyyat keçirir.
 
Unikal.org-un APA-ya istinadən məlumatına görə, keçirilən əməliyyat bir neçə gün əvvəl sahə müvəkkili, 1971-ci il təvəllüdlü Rövşən Sadəddin oğlu Baliyevin iş otağında baş verən partlayışla bağlıdır.
APA-nın əldə etdiyi məlumata görə, artıq bir neçə nəfər saxlanılıb. Saxlanılanlar arasında vəhhabi təriqətinin üzvü olduğu ehtimal edilən şəxslər də var.