Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

Unikal.org xəbər verir ki, görüşdə "Azəri, "Çıraq, "Günəşli yataqlarının işlənilməsini nəzərdə tutan müqavilənin uzadılmasının əhəmiyyəti vurğulanıb. Bu il "Şahdəniz-2 yatağından ilk qazın hasil olunacağı, TANAP kəmərinin istismara veriləcəyi bildirilib.

Söhbət zamanı Azərbaycanda neft hasilatının perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

Prezident İlham Əliyev Robert Dadlini Bakıya səfərə dəvət edib.

15:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

Unikal.org xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.