Şəki rayonunda polis əməkdaşı sirkə turşusu içərək zəhərlənib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin M.F.Axundov küçəsi, 3 ünvanında baş verib.

Belə ki, həmin ünvanda yaşayan, 1987-ci il təvəllüdlü Elgün Nazim oğlu Rəsulov hələlik bilinməyən səbəblərdən yüksək miqdarda sirkə turşusu içib. E.Rəsulov zəhərlənmə diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxansına yerləşdirilib. Xəstəxanadan bildirilıib ki, onun vəziyyəti ağır olduğundan dərhal reanimasiya şöbəsinə yerləşdirilib: "Zəhərlənən şəxsə həkimlər tərəfindən intensiv müdaxilələr edilib. Xəstənin vəziyyəti ağırlaşacağı təqdirdə Bakıdakı xəstəxanalardan birinə köçürüləcək".

Qeyd edək ki, E.Rəsulov Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşıdır.