Qobustan rayonunda yetkinlik yaşına çatmayan qız qaçırılıb.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, rayonun Nabur kəndində yaşayan şəxs 13 yaşlı qızının zorla qaçırılması ilə bağlı polisə müraciət edib. Həmin şəxs qeyd edib ki, qızını Emin adlı şəxs evlənmək məqsədi ilə qaçırıb.
Müraciət əsasında araşdırma aparılır.