Mayın 2-də Azərbaycanda baş vermiş yol qəzalarında 5 nəfər həyatını itirib.
Son sutka ərzində ölkə yollarında ümumilikdə 11 yol qəzası baş verib. Nəticədə dünyasını dəyişən şəxslərdən daha 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ölümlə nəticələnən ən ağır qəza Sumqayıtda baş verib. Burada "Toyota" və "QAZ 3110" markalı iki minik avtomobilinin toqquşması 2 nəfərin ölümünə, 3 nəfərin isə yaralanmasına səbəb olub. Sumqayıtın Koroğlu küçəsində iki minik avtomobilinin toqquşması isə 1 nəfərin ölümünə, daha 2 nəfərin yaralanmasına səbəb olub.(Lent.az)